Tələbələrin fotolarını yayan şəxsi KMBİ saxladı

21:35 - 26 Fevral 2026

Tələbələrin fotolarını yayan şəxsi KMBİ saxladı

BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.


Bu haqda Manset.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbə sosial şəbəkələrdəki fotolarının icazəsiz şəkildə istifadə edildiyini iddia edirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az