Azərbaycanda ağır QƏZA - Yaralılar var

20:34 - 13 Aprel 2026

Azərbaycanda ağır QƏZA - Yaralılar var

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 52-ci kilometrliyində, yolun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki "Mersedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində Lənkəran rayon sakinləri - 1980-ci il təvəllüdlü Bədəlova Vüsalə Səməd qızı, 1972-ci il təvəllüdlü Bədəlov Rəfail Əvəz oğlu, 2002-ci il təvəllüdlü Bədəlov Həsən Rəfail oğlu, 1967-ci il təvəllüdlü Axundov Elşən Şəmsəddin oğlu və Cəbrayıl rayon sakini - 1959-cu il təvəllüdlü İsmayılov Füzuli Ramazan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az