logo
logo logo
logo

3 gün əvvəl döyülən 83 yaşlı qadın bu gün ÖLDÜ

22:33 - 20 İyun 2026

3 gün əvvəl döyülən 83 yaşlı qadın bu gün ÖLDÜ

Sumqayıtda 3 gün əvvəl döyülən qadın bu gün xəstəxanada ölüb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə iyunun 17-də 4-cü məhəllədə qeydə alınıb. Belə ki, 1943-cü il təvəllüdlü Həsənova Şərqiyyə İdiş qızı yaşadığı binanın qarşısında döyülərək müxtəlif dərəcəli xəsarətlər alıb.

O, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, bu gün tibb müəssisəsində vəfat edib.

Hadisəni törətməkdə şübhəli bilinən 1961-ci il təvəllüdlü Quliyev Ramiz Əhməd oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az