Yevlaxda kanalda batan 26 yaşlı gəncin meyiti tapılıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Yuxarı Qarabağ kanalının rayonun Malbinəsi kəndi ərazisində batan 2000-ci il təvəllüdlü Nadirov Mahir Oruc oğlunun meyiti kanalın Bərdə rayonu ərazisindən keçən hissəsində aşkarlanıb.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.