Mingəçevirdə “Tamstore” şəbəkəsinə məxsus mağazada yanğın olub.
Manset.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, yanğın hadisəsi şəhərin Ş.İ.Xətai küçəsində qeydı alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Baş vermiş yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənərək, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yanğın söndürülərək, ətrafdakı mağazalara keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma aparılır.



