logo
logo logo
logo

Şəkidə taxıl sahələrində yük maşınları yandı - FOTOLAR

19:56 - 23 İyun 2026

Şəkidə taxıl sahələrində yük maşınları yandı - FOTOLAR

Şəkidə taxıl sahələrində yük avtomobilləri yanıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şəkinin Qozlubulaq və Sarıca kəndlərində yanğın baş verib.

Qozlubulaq kəndində “MAN” markalı yük avtomobilinin ön hissəsi yanıb. Yanğın nəticəsində qoşquda olan 4 ton taxılın 1 tonu, həmçinin 20 hektar biçilmiş və 1 hektar biçilməmiş taxıl sahəsi yanıb.

Sarıca kəndində isə “DAF” markalı yük avtomobilinin yanar hissələri və 100 kvadratmetr biçilmiş taxıl sahəsi yanıb. Qoşqu və içərisində olan 24 ton taxıl yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, ətraf ərazilər mühafizə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az