logo
logo logo
logo

Qaxda maşın 20 metr hündürlükdən dərəyə düşdü

20:12 - 24 İyun 2026

Qaxda maşın 20 metr hündürlükdən dərəyə düşdü

Qaxda avtomobil 20 metr hündürlükdən dərəyə düşüb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Qax-İlisu avtomobil yolunun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "Toyota" markalı avtomobil sərt döngədə idarəetməni itirərək maşını 20 metr dərinlikdə olan dərəyə aşırıb. Məlumata görə, hadisə zamanı 1 nəfər xəsarət alıb və Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda əraziyə polis əməkdaşları cəlb olunub, avtomobilin dərədən çıxarılması istiqamətində işlər aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az