logo
logo logo
logo

Naxçıvanda təcili tibbi yardım maşını aşdı - Xəsarət alanlar var

10:20 - 26 İyul 2026

Naxçıvanda təcili tibbi yardım maşını aşdı - Xəsarət alanlar var

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Qəza zamanı “Mercedes” markalı təcili tibbi yardım avtomobili ilə “Cherry” markalı avtomobil toqquşub. Nəticədə təcili tibbi yardım avtomobili aşıb. Təcili tibbi yardım avtomobilində olan 3 nəfər və digər nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az