logo
logo logo
logo

Ceyranbatanda yanğın zamanı uşaq özünü binadan atdı

11:15 - 28 İyul 2026

Ceyranbatanda yanğın zamanı uşaq özünü binadan atdı

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində doqquzmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı uşaq özünü binadan ataraq xəsarət alıb.


Manset.az Trend-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar iyulun 28-i saat 01:30 radələrində 2013-cü il təvəllüdlü oğlan uşağı Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Ona sağ pəncənin açıq yarası diaqnozu qoyulub. Pasiyentə xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, “112” qaynar telefon xəttinə Ceyranbatan qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yaşayış binasının elektrik şaxtasında və sayğaclarda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az