Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
Belə ki, mopedlə hərəktə olan sürücü yolu keçmək istəyən baba və nəvəsini vurub.
Qəzanın təfərrüatları dəqiqləşdirilir.