logo
logo logo
logo

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı - YENİLƏNİB

20:51 - 03 Oktyabr 2026

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı - YENİLƏNİB

Oktyabrın 3-də saat 18:00 radələrində bir qadın və bir kişi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.


Manset.az APA-ya istinadən xəbər verir ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

    Hazırda onların müvafiq şöbədə müalicəsi davam etdirilir. Hər iki şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

    ***
    19:19

    Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb.


    Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. 1998-ci il təvəllüdlü T.Əliyev və onun bacısı 1996-cı il təvəllüdlü Ə.Əliyeva əl və üz nahiyələrinin yanığı diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

    İlkin məlumata görə, onlar kimyəvi maddədən yanıq xəsarətləri alıblar, vəziyyətləri kafi qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az