logo
logo logo
logo

Vüqar Qurbanova görə soyadını dəyişən baş həkim müavinini bıçaqladılar - YENİLƏNDİ

13:24 - 08 Oktyabr 2026

Vüqar Qurbanova görə soyadını dəyişən baş həkim müavinini bıçaqladılar - YENİLƏNDİ

Abşeron Rayon Mərkəzi Xəstəxanasında insident baş verib.


Manset.az xəbər verir ki, TƏBİB-dən  verilən məlumata görə, sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib.

Hadisə zamanı xəsarət alan şəxsə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Məlumata görə, hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

TƏBİB qeyd edib ki, sürücünün əmək intizamı qaydalarını pozması halları daha əvvəl də müşahidə olunub və bununla bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib.

***

Abşeron rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Belə ki, ilkin məlumata görə, tibb müəssisəsinin baş həkiminin müavini Orxan Ənvərli əvvəllər orada çalışmış və işdən azad edilmiş əməkdaşın hücumuna məruz qalıb. Nəticədə, vəzifəli şəxs bıçaq xəsarəti alıb.

Hadisə ilə bağlı xəstəxanaya polis əməkdaşları cəlb olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Orxan Ənvərli Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin rəhbəri olub. O, 2026-cı ilin yayında vəzifəsindən azad edilib və Abşeron rayon Xəstəxanasına baş həkimin müavini təyin edilib.

Xarırladaq ki, bir müddət öncə Orxan Ənvərlinin TƏBİB-in sabiq rəhbəri Vüqar Qurbanovun yaxın qohumu olduğu, V.Qurbanov işdən çıxarıldıqdan sonra isə vəzifəsini qorumaq üçün soyadını dəyişməsi barədə Manset.az xəbər portalı eksklüziv məlumat yayımlamışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az