Şəkinin İnçə kəndində çaqqal 51 yaşlı qadına hücum edərək xəsarət yetirib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə günün ikinci yarısında kənd ərazisindəki fərdi yaşayış evlərindən birinin həyətində baş verib. Həyətə daxil olan çaqqal 1975-ci il təvəllüdlü Könül Vaqif qızı Abdurəhmanovanı sol bud nahiyəsindən dişləyib.
Yaralı qadın yaxınlarının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıb.
Xəstəxanada ona lazımi tibbi yardım göstərilib və quduzluq əleyhinə peyvənd vurulub. Qadın ambulator müalicə almaq şərti ilə evə buraxılıb.