Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, rayonun Yuxarı Salahlı kəndində iki avtomobil toqquşub. Qəza nəticəsində üç nəfər aldığı xəsarətlərdən həyatını itirib.
Həlak olan şəxslərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.