Balakəndə bıçaqlanma hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 24-də axşam saatlarında rayonun Mahamalar kəndində baş verib.
Belə ki, 1960-cı il təvəllüdlü Sədrəddin Malahov və qardaşı 1957-ci il təvəllüdlü Məhəmməd Malahov arasında mübahisə baş verib.
Mübahisə zamanı M. Malahov özündən 3 yaş kiçik qardaşı S. Malahova bıçaqla sinəsindən xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli sayılan M. Malahov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.