Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Avtomobil 1962-ci il təvəllüdlü Hüseynova Sədaqət Canan qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.