Bakıda xəstəxanaya gətirilən 5 yaşlı qız ÖLDÜ

13:25 - 18 Aprel 2022

Bakıda xəstəxanaya gətirilən 5 yaşlı qız ÖLDÜ

Ötən gün yanıq xəsarətləri ilə Bakıdakı xəstəxanaların birinə gətirilən 5 yaşlı qız ölüb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 2017-ci il təvəllüdlü Zəhra Zülfüqarova termiki yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırma zamanı 5 yaşlı qızın dünən axşam saatlarında Mehdiabad qəsəbəsində yaşadığı evdə bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alması müəyyən edilib.

Araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az