Yerli vaxtla saat 20:09-da Əli-Bayramlı stansiyasından 48 km cənub-şərqdə Neftçala rayonunda zəlzələ qeydə alınıb.
Manşet.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3, dərinliyi isə 32 km olan yeraltı təkanlar episentrdə və yaxın yaşayış məntəqələrində hiss olunmayıb.