Bakıda üç avtomobil toqquşub, xəsarət alan var - FOTO/VİDEO

09:01 - 21 Aprel 2022

Bakıda üç avtomobil toqquşub, xəsarət alan var - FOTO/VİDEO

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Asif Məhərrəmov küçəsində baş verib.

“Toyota” markalı avtomobilin sürücüsü əks istiqamətə çıxaraq “VAZ-2106” markalı nəqliyyat vasitəsinə çırpılıb. Toqquşmanın təsirindən “Toyota” daha sonra “Daewoo” markalı maşınla toqquşub. Qəza nəticəsində “VAZ” markalı maşında olan sərnişin xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az