Bakıda gənc oğlan sevdiyi qıza görə intihar etdi

17:53 - 21 Aprel 2022

Bakıda gənc oğlan sevdiyi qıza görə intihar etdi

Bakıda intihar hadisəsi baş verib.

 

Manset.az “kriminalqafqaz”a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Araz Xəlilov aprelin 20-də özünü Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən “UTÇ” adlanan avtomobil parkının ərazisində asıb. Onun asılı vəziyyətdə qalmış meyiti istehsalat bazasındakı təmir emalatxanasında aşkarlanıb.

İlkin araşdırmalar zamanı Ucar rayon sakini olan 24 yaşlı şəxsin sevdiyi qızın onunla evlənmək istəməməsi səbəbindən intihar etməsi üzə çıxıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az