Azərbaycanda vəzifəli şəxs vəfat etdi

14:26 - 29 Aprel 2022

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

“Bakı Metropoliteni” QSC-nin əmək kollektivinə ağır itki üz verib.

 

Manset.az xəbər verir ki, bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bakı metrosu inşaatı sahəsində zəngin təcrübəsi olan Əməkdar inşaatçı, qurumun Tikinti Departamentinin rəis müavini, 1953-cü il təvəllüdlü Rauf Səməd oğlu İsmayılov vəfat edib. 

Qeyd edək ki, o, metro tikintisi sahəsindəki xidmətlərinə görə dövlət tərəfindən yüksək qiymətləndirilib, “Tərəqqi” medalı və “Əməkdar mühəndis” fəxri adlarına layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az