Neftçala sakinini inək vuraraq öldürüb.
Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Qaramanlı kəndində qeydə alınıb.
Belə ki, iribuynuzlu heyvanlardan biri kənd sakini, 1959-cu il təvəllüdlü Paşayev Rasim Abosət oğlunu qəflətən vurub.
R.Paşayev aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.