Lənkəran Dövlət Universiteti (LDU) əxlaqsız videosu yayılan müəllimlə bağlı açıqlama verib.
Manset.az xəbər verir ki, qurumun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda məsələni hüquq-mühafizə orqanları araşdırır:
“Fakt təsdiqini tapsa, ən sərt qaydada cəzasını alacaq. Həmin şəxs Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşıdır, bizdə yarımştat işləyir”.
12:31
Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov mediada onun haqqında yayılan görüntülərə münasibət bildirib.
Manset.az xəbər verir ki, bununla bağlı E.Rəhimov Oxu.Az-a özəl açıqlama verib.
O bildirib ki, videonu izləyib: “Mənim telefonuma keçən il bilinməyən nömrələrdən zənglər gəlirdi. Ev şəraitində olanda bir neçə dəfə açmışdım. Təxmin edirəm ki, bu, həmin zəngin videolarıdır”.
E.Rəhimov qeyd edib ki, rayonda onu hər kəs tanıyır: “İstər universitetdə tələbələrimdən, istərsə də kənddəki adamlardan soruşa bilərsiniz. Mənim əxlaqıma yaraşan hərəkət deyil bu. Mənim 51 yaşım var. Bu yaşda Azərbaycan müəlliminin adına belə hərəkəti yaraşdırmaq ayıbdır”.
E.Rəhimov tədris etdiyi bütün qruplarda qız tələbələrin olduğunu da qeyd edib: “Onlar mənim qızlarımdır. Məsələnin tam araşdırılmasının tərəfdarıyam”.
Qeyd edək ki, Elşad Rəhimov universitetdə zooloq kimi - heyvanların anatomiyası və fiziologiyası, zoologiya və zoogigiyena, baytarlıq mamalıq və genetika fənnini tədris edir.
11:29
Azərbaycanda universitet müəllimi tələbə qızlara qiymət yazmaq üçün onlara əxlaqsız təxliflər edir.
Manset.az-ın məlumatına görə, bu barədə Space televiziyasının aparıcısı Amil Xəlil məlumat paylaşıb. O, bildirib ki, Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov universitetdə dərs keçdiyi qızlara qiymət yazmaq üçün utancverici təkliflər edib:
“Bir neçə qız bu təklifi qəbul etsə da ona qarşı çıxanlar da olub. Belə ki, qızlardan biri onun bu əməlini ifşa etmək üçün video zəng görüntülərini qeydə alıb. Bu adam qızlara cinsi orqanını göstərir, onlardan da eyni görüntüləri tələb edir. Hətta bir neçə qıza görüntülərin "saxlanılmış" hissəsini yenidən onlara göndərir və "şantaj" işləri ilə məşqul olur. Belə müəllimlər heç bir təhsil ocaqlarında çalışmamalıdır. Utancverici görüntüləri səliqəli halda sizələrə təqdim edirəm. Bəzən bu kimi hallarda "montajdır” kəlməsi dilimizdən düşməz. Görüntülərə adi gözləbelə baxdıqda hər şey bəlli olur. İnanıram ki, bu adam layiqli cəzasını alacaq”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Manset.az-a bildirib ki, faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma başlayıb. İddiaların təfərrüatları araşdırmalardan sonra məlum olacaqdır.