Bakıda "Prius" qırmızı işıqdan keçdi - Qəza törətdi (FOTO+VİDEO)

09:08 - 04 May 2022

Bakıda \"Prius\" qırmızı işıqdan keçdi - Qəza törətdi (FOTO+VİDEO)

Bakının Səbail rayonunda yol qəzası baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Zərifə Əliyeva keçəsi ilə Bülbül prospektinin kəsişməsində baş verib.

Belə ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçib. Nəticədə “Prius” Bülbül prospektində olan “Nissan” markalı avtomobilə çırpılıb. “Nissan”-da olan sərnişin xəsarət alıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az