Özünü dənizə atan şəxs xilas EDİLDİ

20:06 - 20 May 2022

Özünü dənizə atan şəxs xilas EDİLDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Novxanı kəndi ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Bu barədə Manşet.az-a FHN-dən bildirilib. Məlumata görə, dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az