İki əmioğlu arasında mübahisə ölümlə BİTDİ

23:46 - 17 Avqust 2022

İki əmioğlu arasında mübahisə ölümlə BİTDİ

Sumqayıtda əmioğlular arasında düşən mübahisə ölümlə nəticələnib.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb. Belə ki, iki əmioğlu arasında düşən mübahisə qanla nəticələnib.

1986-cı il təvəllüdlü Şəbiyev Fariz Fəyyaz oğlu əmisioğlu tərəfindən bıçaqlanıb.

36 yaşlı F. Şəbiyev aldığı xəsarətlərdən ölüb.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az