Salyanda avtomobil QƏZASI: Xəsarət alanlar var - FOTO

15:56 - 20 Avqust 2022

Salyanda avtomobil QƏZASI: Xəsarət alanlar var - FOTO

Salyanda avtomobil qəzası olub, xəsarət alanlar var.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Qızılağac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Niva” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Qəza zamanı üç nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az