Ordumuzun hərbçisi yol qəzasında həlak oldu - RƏSMİ

10:32 - 27 Avqust 2022

Ordumuzun hərbçisi yol qəzasında həlak oldu - RƏSMİ

Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlu həlak olub.

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

"Nazirliyin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az