Hərbçinin öldüyü qəzanın təfərrüatı ilə bağlı DİN-dən AÇIQLAMA

12:55 - 27 Avqust 2022

Hərbçinin öldüyü qəzanın təfərrüatı ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi Müdafiə Nazirliyinin hərbi qulluqçusu, MAXE Vahid Ərəblinskinin həlak olduğu yol qəzası ilə bağlı məlumat yayıb.

 

Manset.az nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə avqustun 26-da saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində baş verib. Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. Araşdırma aparılır.

Qeyd edək ki, Buzluq yüksəkliyi avqust ayında ordumuzun nəzarətinə keçib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az