Xəbər verdiyimiz kimi, Tovuzda ağır yol qəzası vaş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş “VAZ 2107” markalı minik avtomobilinin sürücüsü 1990-cı il təvəllüdlü İsmayılzadə Müşviq həkimlərin səyinə baxmayaraq həyatını itirib. Qəza zamanı 2011-ci il təvəllüdlü Mustafayev Fərid Yaşar oğlu ölüb.
Həmçinin qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilmiş şəxslərin kimliyi məlum olub. Onlar Daşkəsən rayon sakinləri 1988-ci il təvəllüdlü Əliyev Elçin və 1992-ci il təvəllüdlü Aslanov Elçindir.


Tovuzda ağır yol qəzası vaş verib.
Manset.az-ın məlumatına görə, rayon ərazisində iki minik avtomobili toqquşub. Bir azyaşlı həlak olub, 3 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəza rayonun Düz-Cırdaxan kəndində baş verib
Hadisə barədə polis araşdırmaya başlayıb.