Azərbaycanda AĞIR QƏZA: Ölən və yaralanan var

09:58 - 22 Sentyabr 2022

Azərbaycanda AĞIR QƏZA: Ölən və yaralanan var

Şabran rayonunun Şahnəzərli kəndi ərazisində Quba rayon sakini R.Allahverdiyevin idarə etdiyi “Shacman” və Lerik rayon sakini Q.Musayevin idarə etdiyi “Nissan” markalı avtomobilləri toqquşub.

 

Manset.az xəbər verir ki, bu barədə report-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə sentyabrın 21-i saat 23 radələrində qeydə alınıb.

Qəza nəticəsində “Nissan” markalı avtomobildə olan sərnişin - Pirəmsən kənd sakini Rəşid Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az