Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, VAZ-2107 markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə nəticəsində 2 nəfər ölüb. Onların hərbiçi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.