Ələt-Astara magistralında ağır yol qəzası baş verib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Traller” markalı yük avtomobili ilə “Vito” toqquşub.
Ağır xəsarət alanların olduğu bildirilib.
***
Manset.az xəbər verir ki, qəza nəticəsində mikroavtobusda olan sərnişinlərdən 2-si ölüb, 4-ü xəsarət alıb.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.