Azərbaycanda minik maşını avtobusa çırpıldı - xəsarət alan var

13:58 - 05 Oktyabr 2022

Azərbaycanda minik maşını avtobusa çırpıldı - xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sidqi Ruhulla küçəsində qeydə alınıb. "VAZ 2109" markalı minik maşını 9 saylı xətt üzrə işləyən "İsuzu" markalı sərnişin avtobusuna çırpılıb. Daha sonra minik maşını yoldan çıxaraq yol kənarındakı ağaca dəyib, minik maşınının sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az