Goranboyda iki avtomobil toqquşdu: Üç nəfər xəsarət aldı

21:17 - 05 Oktyabr 2022

Goranboyda iki avtomobil toqquşdu: Üç nəfər xəsarət aldı

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, VAZ-21099 markalı avtomobilin idarəetmədən çıxaraq digər avtomobilə çırpılması nəticəsində 1958-ci il təvəllüdlü M.Abdullayev, 1972-ci il təvəllüdlü K.Axundov və 1955-ci il təvəllüdlü P.Axundova xəsarət alıb.

Onlar xəstəxanaya aparılıblar, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az