İstanbuldan Bakıya uçan təyyarə geri qayıtdı

16:14 - 15 Oktyabr 2022

İstanbuldan Bakıya uçan təyyarə geri qayıtdı

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

 

Manset.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Təyyarə Bakı vaxtı ilə saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.

Qeyd edək ki, sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az