Cəlilabadda avtomobil yandı

18:32 - 31 Oktyabr 2022

Cəlilabadda avtomobil yandı

Cəlilabadda avtomobil yanıb.

 

Manset.az xəbər verir ki, hadisə Cəlilabad şəhərinin mərkəzi hissəsində qeydə alınıb. Rayon sakini, 1985-ci il təvəllüdlü Mübariz Quliyevə məxsus “Opel” markalı avtomobil qəfil alışıb. Hadisə yerinə dərhal FHN-in Yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın yanacaq çənindən başlayıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az