Xaçmazda bədbəxt hadisə baş verib.
Manset.az APA-ya istinadən xəbər veri ki, hadisə rayonun Yergüc kəndində qeydə alınıb. Kənd sakini 1973-cü il təvəllüdlü Validə Dadaşova dəm qazından boğularaq dünyasını dəyişib. Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.