"BakuBus"un yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq edən şəxs saxlanıldı

18:13 - 03 Noyabr 2022

\"BakuBus\"un yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq edən şəxs saxlanıldı

Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində hərəkətdə olan "BakuBus" MMC-yə məxsus avtobusun yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq hərəkətləri edən "Toyota Corolla" markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib. Məlumata görə, sürücünün etdiyi xırda xuliqanlıq hərəkətinə görə barəsində İXM-nin 510-cu maddəsinə əsasən inzibati protokol tərtib olunub, avtobusa vurduğu 980 manat maddi ziyanın ödənilməsi təmin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az