Xaçmaz rayonu Hacı Zeynalabdin Tağıyev küçəsində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
İlkin məlumata görə “VAZ-2107” markalı avtomobilin sürücüsü və 4 nəfər sərnişini müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Yaralılar polis əməkdaşlarının köməyi ilə dərhal xəstəxanaya çatdırılıb.
Polis əməkdaşları tərəfindən araşdırma aparılır.