Azərbaycanın sabiq baş prokuroru VƏFAT ETDİ- FOTO

21:45 - 15 Noyabr 2022

Azərbaycanın sabiq baş prokuroru VƏFAT ETDİ- FOTO

Azərbaycan Respublikasının keçmiş baş prokuroru İxtiyar Şirinov vəfat edib.

 

Manset.az xəbər verir ki, bu barədə onun qohumları bildiriblər. Mərhumun uzun müddətdir ciddi xəstəlikdən əziyyət çəkdiyi qeyd edilib.

İxtiyar Şirinov son vaxtlara qədər Milli Konqres Partiyası adlı siyasi qurumun rəhbəri olub.

İ.Şirinov 24 iyul 1952-ci ildə Beyləqan rayonunda anadan olub. 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. AXC hakimiyyəti dövründə əvvəlcə dövlət müşaviri olub. Sonra baş prokuror (1992–1993-cü illərdə) vəzifəsində çalışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az