Bakıda qayın yeznəsini və onun qardaşını bıçaqladı

22:27 - 15 Noyabr 2022

Bakıda qayın yeznəsini və onun qardaşını bıçaqladı

Bakının Binəqədi rayonunda qayın yeznəsini və onun qardaşını bıçaqlayıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Haqverdiyev Orxan Əliislam oğlu və onun qardaşı Haqverdiyev Əmrah Əliislam oğlu bıçaqlanıblar.

Xəsarət alan qardaşların yaxın qohumlarından aldığımız məlumata görə, hadisə ailə münaqişəsi zəminində Əmrah Haqverdiyevin qayını Əmirullayev Eldəniz İbrahim oğlu tərəfindən törədilib və o, polis nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az