"AAAF Park" yaşayış kompleksində PARTLAYIŞ: xəsarət alanların durumu açıqlandı- FOTO+ VİDEO/YENİLƏNDİ

23:27 - 16 Noyabr 2022

\"AAAF Park\" yaşayış kompleksində PARTLAYIŞ: xəsarət alanların durumu açıqlandı- FOTO+ VİDEO/YENİLƏNDİ

Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasında xəsarət alanların durumu açıqlanıb. 

 

Bu barədə Manset.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilir ki, mənzildə baş verən partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları hadisə yerinə cəlb olunub.

İlkin məlumata görə, 3-ü uşaq olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Tibb müəssisəsində müalicəsi aparılan qadın olan - 22 yaşlı B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, qadın olan - 7 yaşlı Ş.M, 4 yaşlı Ş.D. və kişi olan - 1 yaşlı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır qiymətləndirilir.

***

Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində 14 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində partlayış ilkin ehtimala görə qaz sızmasından baş verib.

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov bildirib.

“Hadisə nəticəsində 4 xəsarət alıb və həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.

FHN əməkdaşları ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər”, - o əlavə edib.

***

Abşeron rayonu, Xırdalanda yaşayış binasında partlayış zamanı 4 nəfər xəsarət alıb. 

Manset.az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı ana və 3 övladı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, hadisə çoxmərtəbəli yaşayış binasında baş verib.

***

Xırdalanda yaşayış binasında partlayış zamanı 3 nəfər xəsarət alıb.

Manset.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində, ilkin məlumata əsasən, 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

***

Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı iki nəfər Yanıq Mərkəzinə yerləşdirilib.

Manset.az xəbər verir ki, bu barədə Yanıq Mərkəzindən məlumat verilib.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə partlayış olması barədə ilkin məlumat daxil olub.

Manset.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın hadisəsi yoxdur.

***

AAAF Park Yaşayış Kompleksindəki yaşayış binalarından birində partlayış baş verib.

Manset.az-ın əldə etdiyi məlumata görə,  hadisə Abşeron rayonu Xırdalan şəhərində yerləşən kompleksin 25 saylı küçəsinin 11 saylı binasının ikinci mərtəbəsində qeydə alınıb 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Baş Yanğın Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikaları, eləcə də polis və təcili tibbi yardım briqadası cəlb edilib. 

Ətraflı məlumat veriləcək.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)

 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az