Mikroavtobus ağaca çırpıldı - Yaralılar var

15:20 - 05 Dekabr 2022

Mikroavtobus ağaca çırpıldı - Yaralılar var

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində, İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes-Vito” markalı avtomobilin sürücüsü, Şəki rayon sakini Elton Yusifovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və avtomobildə olan 7 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az