Cəlilabadda azyaşlı dərmandan, qadın isə naməlum maddədən ZƏHƏRLƏNDİ

18:07 - 09 Dekabr 2022

Cəlilabadda azyaşlı dərmandan, qadın isə naməlum maddədən ZƏHƏRLƏNDİ

Cəlilabad rayonunda azyaşlı dərmandan, qadın isə naməlum maddədən zəhərlənib.

 

Manset.az report-a istinadən xəbər verir ki, hadisələr rayonun ayrı-ayrı kəndlərində qeydə alınıb.

Belə ki, Bəcrəvan kənd sakini 3 yaşlı G.Abasova qəbul etdiyi dərmandan zəhərlənib.

Daha bir analoji hadisə isə rayonun Kövüzbulaq kəndində baş verib. Belə ki, kənd sakini 1976-ci il təvəllüdlü R.Ağayeva naməlum maddədən zəhərlənib.

Hər iki şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R.Ağayeva reanimasiya şöbəsinə yerləşdirilib.

Hər iki faktla bağlı araşdırmalara başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az