Gəncədə qadın dəm qazından zəhərlənərək ölüb.
Manset.az xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.
Belə ki, orta yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Qadın xəstəxanaya çatırılsa da, onun öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.