Azərbaycanda ŞOK HADİSƏ! - Qadının evinə qumbara atıldı

14:54 - 13 Dekabr 2022

Azərbaycanda ŞOK HADİSƏ! - Qadının evinə qumbara atıldı

Dekabrın 12-də Quba sakini olan qadının evinə qumbara atılması və həmin şəxsin “Toyota” markalı avtomobillə oradan uzaqlaşması barədə polisə məlumat daxil olub.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, Quba RPŞ tərəfindən tədbirlər həyata keçirilib, hadisə yerindən 1 ədəd təlim qumbarası aşkar olunaraq götürülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağalı Sumqayıt şəhəri ərazisində “Toyota” markalı avtomobildə saxlanılıb.

Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az