Masallıda minik avtomobilləri toqquşdu - Ölən və yaralananlar var

22:43 - 13 Dekabr 2022

Masallıda minik avtomobilləri toqquşdu - Ölən və yaralananlar var

Masallıda minik avtomobillərinin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki,bu haqda DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, dekabrın 13-də saat 18 radələrində rayonun Banbaşı kəndi ərazisində rayon sakinləri Yadigar Cəlilovun idarə etdiyi “VAZ 21011” markalı və Q.Məmmədlinin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə Y.Cəlilov hadisə yerində ölüb, “VAZ 21011” markalı avtomobildə olan sərnişinlər F.Süleymanov, Y.Abuşov və daha 2 nəfər yeniyetmə isə müxtəlif bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az