5:32
Bu gün Bakı-Quba yolunda baş vermiş dəhşətli qəzada ölən 6 nəfərdən 5-nin şəxsiyyəti müəyyən edilib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölən şəxslər bunlardır.
1. 1976-cı il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu
2. 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu
3. 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu
4. 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu
5. 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlu (sürücü)
Hadisə zamanı dünyasını dəyişən daha bir nəfərin isə kimliyini müəyyən etmək mümkün olmayıb.
14:07
Bu gün Bakı-Quba yolunda baş vermiş dəhşətli yol qəzasında vəfat edənlər dəmiryolu xəttinin çəkilməsində iştirak edən podratçı şirkətin əməkdaşları olub.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dəmiryolçular səhər işə gedərkən qeydə alınıb. Hazırda onların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır. İlkin baxış zamanı vəfat edən iki nəfərin: Kamran və Nəsimi adlı şəxslərin kimliyi müəyyən edilib.
Hadisədən sonra vəfat edənlərin meyitləri Sumqayıt Şəhər Xəstəxanasının morquna gətirilib.
Qeyd edək ki, dəhşətli qəza hazırda təmir işləri gedən yolun 98-ci km-də, Siyəzən rayonu ərazisində baş verib. "Mersedes Vito" markalı mikroavtobus TIR-la toqquşub. Nəticədə mikroavtobusdakı 6 nəfərin hamısı vəfat edib, TIR sürücüsü isə xəsarət alıb.
***
Baş Dövlət Yol Polisi İdarəsinin Siyəzən rayonunda 7 nəfərin öldüyü qəzanın necə baş verdiyini açıqlayıb.
İdarənin əməkdaşı polis leytenantı Elvin Hacıyev Manset.az-a bildirib ki, bu gün səhər saat 10 radələrində Bakı-Quba-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində, 98-ci km-liyində Qubadbəyliyev Nəsimi Əlimuxtar oğlunun idarə etydiyi “Mercedes Viano” markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı sərnişin avtomobili ilə əks istiqamətdən gələn Göyçəliyev Şaiq Məmməd oğlunun idarə etdiyi “DAF” markalı (TIR), 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Nəticədə hər iki sürücü və daha 5 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.
11:20
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mersedes Vito" markalı mikroavtobusla TIR toqquşub. İlkin məlumata görə yol-nəqliyyat hadisəsində 6 nəfərin öldüyü bildirilir. Ölənlərin hamısı mikroavtobusda olan şəxslər olub. TIR sürücüsü isə xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

