Bakı-Qazax yolunda iki yük maşını toqquşdu - FOTO

20:46 - 15 Dekabr 2022

Bakı-Qazax yolunda iki yük maşını toqquşdu - FOTO

Şəmkirdə iki yük avtomobili toqquşub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “MAN” markalı yük maşını “QAZel” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib, xüsusilə “QAZel” yararsız hala düşüb.

İlkin məlumata görə, qəzaya səbəb “MAN” markalı yük maşının sürücüsünün yol kənarında heç bir xəbərdaredici nişan olmadan dayanması olub.

Faktla bağlı araşdırma başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az